Kamçatkada 5,8 bal gücündə zəlzələ baş verib

Petropavlovsk-Kamçatskidən 144 km aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
"Petropavlovsk-Kamçatskidən məsafə 144 [km]. Dərinlik 116,1 km. Maqnitudası 5,8", - məlumatda deyilir.
Seysmik hadisəni Petropavlovsk-Kamçatski sakinləri hiss ediblər. İlkin qiymətləndirməyə görə, həssaslıq 3 bal olub.
Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərdə dağıntı və sunami təhlükəsi yoxdur.