Bakıda qəbiristanlıqda məzar daşları dağıdıldı - DİN hərəkətə keçdi


Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində qəbir daşları dağıdılıb.


DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırmalara başlanılıb:

“Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində xristian qəbiristanlığında dağıntıların törədilməsini əks etdirən görüntülər yayılıb. Belə ki, Pasxa bayramı ilə əlaqədar qəbiristanlığa ziyarətə gələn şəxslər bəzi məzarların üzərindəki daşların sındırılmasının şahidi olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu