Ukrayna F-16-larla bağlı danışıqlarda irəliləyiş olduğunu açıqlayıb


Ukrayna bəzi ölkələrdən F-16 təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçməyə hazır olduqları barədə razılıq alıb.


AFN.az UNIAN-a istinadən xəbər verir ki, qırıcıların verilməsində həlledici söz Vaşinqtonda olacaq.

“İrəliləyiş var. Bəzi ölkələrdən aydın siqnallarımız var ki, onlar F-16-da ukraynalı pilotların hazırlanmasına başlamağa hazırdırlar”, - deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, Ukrayna digər təyyarələri gözdən qaçırmasa da, texniki xüsusiyyətlərinə görə məhz F-16 ideal təyyarədir.

Ukrayna səmada üstünlüyə nail olmaq üçün ölkələri Ukrayna Silahlı Qüvvələrinə müasir döyüş təyyarələri verməyə çağırmaqda davam edir. Bununla belə, hələlik ABŞ və müttəfiqləri digər silah növlərinin, o cümlədən tankların tədarükünə fokuslanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu