Macarıstan parlamenti Ukraynadakı münaqişə ilə əlaqədar fövqəladə vəziyyətin müddətini uzadıb
Macarıstan parlamenti respublikada fövqəladə vəziyyətin daha altı ay uzadılması barədə qərarı təsdiqləyiblər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərarı 132 deputat dəstəkləyib, cəmi 58 deputat isə əleyhinə çıxıb.
Əəsasən müxalifət partiyalarının nümayəndələri fövqəladə vəziyyətin saxlanmasının əleyhinə çıxış ediblər. Onların fikrincə, fövqəladə vəziyyət Macarıstan hakimiyyətinə müəyyən məsələləri qanunların deyil, fərmanların köməyi ilə həll etməyə imkan verən xüsusi səlahiyyətlər yaradır.
Eyni zamanda, ölkədə fövqəladə vəziyyət rejimi koronavirus pandemiyasından bəri üçüncü ildir ki, qüvvədədir. Macarıstan hökuməti onun uzadılmasını onunla əsaslandırır ki, qonşu Ukraynada hərbi əməliyyatlar hələ də davam edir, ona görə də ölkə rəhbərliyinə mümkün qədər tez müəyyən tədbirlər görmək üçün səlahiyyət lazımdır.