Polşadan Ukraynaya böyük dəstək: on MiQ-29 qırıcısı verdi


Varşava artıq MiQ-29 qırıcılarını Ukraynaya çatdırıb.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" Polşa televiziyasına istinadən məlumat yayıb. Polşanın milli təhlükəsizlik və müdafiə naziri Mariuş Blaşçak ölkəsinin Ukraynaya on MiQ-29 tədarük etdiyini açıqlayıb. O, təfərrüatlar haqda danışmayıb.

Rusiyada bu cür xəbərlər həyəcanla qarşılanır. Rusiya Dövlət Duması Ukraynanın F-16 qırıcılarını alması üçün əvvəlcədən hazırlaşmağa çağırıb. Deputat Aleksey Juravlev yazıb ki, Rusiya hava hücumundan müdafiə sistemi heç vaxt belə hallarla qarşılaşmayıb və müasir müharibə şərtlərinə cavab vermək üçün təcili modernləşdirilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu