Kreml paraddan sonra Lukaşenkonun səhər yeməyində iştirak etməməsinə aydınlıq gətirib


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun 9 May qələbə paradından sonra Kremldə qeyri-rəsmi səhər yeməyində iştirak etməməsinin səbəbini açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Peskovun sözlərinə görə, respublika rəhbərinin iştirak etməməsi onun Minskə bayram tədbirlərinə getməsi zərurəti ilə bağlı olub.

Lukaşenko Moskvaya mayın 8-də gəlib. Paytaxtda o, Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy və İttifaqın dövlət katibi Dmitri Mezentsev ilə danışıqlar aparıb. Mayın 9-da respublika başçısı Qızıl Meydanda Qələbə Paradını ziyarət edib. Paraddan dərhal sonra isə o, öz ölkəsinə dönüb.

Bəzi mənbələrdə Lukaşenkonun səhhətində problem yarandığı üçün səhər yerməyində iştirak edə bilməməsi haqda məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu