Hülya Avşarın qızı bülleteni qutuya atmağı unutdu - VİDEO

Türkiyədə dünən keçirilən Prezident və parlament seçkilərində maraqlı anlar yaşanıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, səsverməyə qatılan Zəhra Çilingiroğlu səsvermə kabinəsindən çıxarkən zərfi qutuya qoymağı unudub.
Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlunun bir anlıq diqqətinin yayınması nəticəsində səsvermə kabinəsini tərk edərkən bülleten əlində məntəqəni tərk etməyə istiqamətləndiyi görüntülənib. Lakin məntəqədə olan işçilər onu səsləyərək bülleteni qutuya atmalı olduğunu deyiblər. O, yenidən qutuya yaxınlaşıb və bülleteni qutuya atdıqdan sonra məntəqəni tərk edib.