Ukraynalı model Alona Savçenko öldürülərək parçalanıb


Ukraynalı model Alona Savçenko uzun müddətdir sevgili olduğu polşalı Yan Yerzi Laqoda-Filipov tərəfindən oteldə qətlə yetirilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, qatil sevgilisini otel otağında öldürüb, cansız bədənini tikə-tikə doğrayıb qaçmağa çalışarkən sərhəddə yaxalanıb.

"Daily Mail"də yer alan xəbərə görə, cütlüyün cinayətdən əvvəl otel otağına gedərkən çox şən olduğu təhlükəsizlik kameralarında görünüb. Gənc modeli naməlum səbəbdən öldürən Yan ertəsi gün səhər tələsik əlində çamadanla otel otağından tək çıxanda otel işçiləri şübhələnib və polisə məlumat veriblər. Yanın mindiyi taksi sürücüsü də onun özünü şübhəli apardığını, axtarış sistemində meyitin necə bölünə biləcəyilə bağlı məlumata baş vurduğunu gördükdə otelə xəbər verib. Taksi sürücüsünün xəbərdarlığından sonra otel işçiləri onların qaldıqları otağa daxil olanda modelin əlləri, qolları və ayaqları kəsilmiş qan içində cansız bədənini görüblər.

olis qrupları Yanı ölkədən qaçmağa çalışarkən sərhəddə yaxalayıblar. Onun həbsdə olarkən heç bir peşmançılıq əlaməti göstərmədiyi bildirilir. Polis bildirib ki, həbsdə olarkən son dərəcə rahat davranan və danışmayan Yanın vəziyyəti ilə bağlı Polşa səfirliyinə məlumat verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu