Amsterdamdan turizmlə mübarizə planı: Otel tikintisi qadağan edildi


Amsterdamın yerli hökuməti kütləvi turizmlə mübarizə çərçivəsində bundan sonra yeni otel binalarının tikintisinə icazə verməyəcəyini bildirib.



Yerli hökumətin verdiyi açıqlamada, “Şəhəri sakinlər və qonaqlar üçün yaşana bilən hala gətirmək və bunu qorumaq istəyirik. Bu o deməkdir ki, ifrat turizm yox, yeni otellər yox, ildə 20 milyon insan üçün gecələmə yox" ifadələri qeyd edilib.

Amsterdamda yeni otel ancaq o halda tikilə bilər ki, başqa bir otel bağlansın, yatmaq üçün yerlərin sayı artmasa və yeni otel daha yaxşı məsələn, daha dayanıqlı olsun.

Lakin bu qayda artıq icazə almış yeni otellərə şamil edilmir.

Şəhər hər il milyonlarla turisti həvəsdən salmaqla onların sayını fəal şəkildə məhdudlaşdırmağa çalışır.

Bu, Hollandiya paytaxtının şəhərdə aşırı turizm problemini yüngülləşdirmək üçün həyata keçirdiyi tədbirlər silsiləsinin sonuncusudur.

Keçən il Amsterdam Şəhər Şurası kruiz gəmilərinin qadağan edilməsi və kruiz terminalının bağlanması üçün səs vermişdi.

2021-ci ildə çıxarılan "Amsterdam Turizmi Balansda" adlı nizamnaməyə görə, turizm rəqəmləri 18 milyon nəfərə çatarsa, şəhər şurası müdaxilə etmək məcburiyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu