İkinci Dünya Müharibəsində sonuncu "seks köləsi" olan qadın vəfat edib


Tayvanda qadınların rifahı üçün çalışan qeyri-hökumət təşkilatı olan Taypey Qadınlara Yardım Fondu İkinci Dünya Müharibəsində Yapon imperator əsgərləri tərəfindən "seks köləsi" kimi istifadə edildiyi bildirilən qadınların sonuncusunun 10 may-da 92 yaşında öldüyünü açıqlayıb.


AFN.az xəbər verir ki, Qadınlara Yardım Fondu Milli Tarix Muzeyinin və tarix kitablarının Tayvanda seks kölələri haqqında tarixi həqiqəti qeyd etməsini müdafiə etməyə davam edəcəklərini və bir nəfərin ölümü ilə tarixin məhv olmasına imkan verməyəcəklərini bildirib:

“Biz həmçinin müharibə şəraitində olan qadınlara qarşı cinsi zorakılığın zərərləri barədə maarifləndirməyə və bu məsələni ictimailəşdirməyə davam edəcəyik. Yaponiya hökumətindən üzr istəməsini, qadına və onun ailə üzvlərinə təzminat ödəməsini tələb etməyə davam edəcəyik”.

Taypey Qadınlara Yardım Fondu, cəmi 200.000 olduğu iddia edilən bu qadınların 2.000-nin Tayvanlı olduğunu və 59-nun 1992-ci ilədək yaşadığını müəyyən etdiklərini açıqlayıb. 2018-ci ildə Tayvanın Tainan şəhərində müharibə zamanı cinsi köləliyə məcbur edilən qadınlara abidə ucaldılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu