İsveçdə məktəbə hücum nəticəsində 3 nəfər yaralanıb
İsveçin Eskilstuna şəhərində silahla həyata keçirilən hücumdan sonra üç nəfər xəstəxanaya aparılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu haqda İsveç polisi bildirib.
İsveçin TV4 telekanalı hadisənin bıçaqlı hücumla əlaqəli olduğunu bildirib. Əvvəlcə telekanal hücumun məktəbdə baş verdiyini bildirsə də, sonradan direktor hadisə zamanı şagirdlərin başqa yerdə olduğunu deyib.