Şarl Mişel: Gürcüstanın gələcəyi Aİ ailəsindədir

Gürcüstanın gələcəyi Avropa İttifaqı ailəsindədir, lakin lazımi islahatların həyata keçirilməsi üçün düzgün qərarların qəbulu Gürcüstan hakimiyyətindən asılıdır.
AFN.az "NewsGeorgia"ya istinadən xəbər verir ki, bunu Aİ rəhbəri Şarl Mişel deyib.
Mişel Gürcüstan hakimiyyətinə xatırladıb ki, qarşıdan gələn aylar aydın seçim etmək üçün fürsət pəncərəsidir: "Brüsseli razı salmaq üçün deyil, Gürcüstanın gələcəyinin fundamental Avropa dəyərlərinə: sülh, firavanlıq, iqtisadi və iqtisadi dəyərlərə əsaslanacağına əmin olmaq üçün seçim anıdır".