Ronaldo futbol klubu almaq istəyir


Portuqaliya millisinin və "Əl-Nasr"in 38 yaşlı hücumçusu Kriştiano Ronaldo futbol klubu almaq istədiyini etiraf edib.


“Futbol oynamağıma 2-3 il qalıb. Bu yaşda sağlamlığıma və idman vəziyyətinə daha diqqətlə nəzarət etməliyəm", - Ronaldo bildirib.

O, karyerasını başa vurduqdan sonra futbol klubu alacağını bildirir.

Qeyd edək ki, Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı Premyer Liqasında 16 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu