Məşhur həkim cinsi həyatı öldürən 5 vərdişi açıqlayıb


Bu dəfə məşhur uroloq Dr. Anika Ackerman diqqət çəkib. Ackerman cütlərin mütləq çəkinməli olduğu vərdişləri izah edib.


TikTok, YouTube və Instagram kimi sosial media platformalarında minlərlə insanın izlədiyi məşhur uroloq Anika Ackerman cinsi həyatı öldürən 5 vərdişi açıqlayıb.

Cinsi həyatı öldürən 5 vərdişi təqdim edirik:

1. AZ YATMAQ

Əksər insanlar yuxunun əhval-ruhiyyə və enerji səviyyələrinə təsir etdiyini bilsələr də, bunun ehtiras ilə də əlaqəli olduğunu bilmirlər.

Ackerman az yatmağın immunitet sistemindən tutmuş psixi sağlamlığa qədər bir çox sahədə insan sağlamlığına təsir etdiyini, ehtiras üçün də çox zərərli olduğunu bildirir.

2. HƏDDİNDƏN ARTIQ ALKOQOLLU İÇKİ QƏBUL ETMƏK

Məşhur həkim müntəzəm olaraq spirtli içki qəbul edənlərin bir müddət sonra cinsi həyatlarında problem yaşaya biləcəyini deyir.

3. ÇOX VƏ YA YETƏRSİZ QİDALANMA

Ackerman çox yemək və ya kifayət qədər yeməməyin də cinsi həyatınızı öldürməyin bir yolu olduğunu bildirib.

4- STRESS

Stress bir çox xəstəliklərin bir nömrəli düşməni kimi göstərilir. Dəri xəstəliklərindən tutmuş ürək problemlərinə qədər stressin təsir etmədiyi heç bir şey yoxdur. Ackermanın fikrincə, idarəolunmaz stress cinsi həyatı da öldürür.

5. YATAQ OTAĞINDA SIXICI OLMAQ

Ackerman əslində insan sağlamlığına zərərli olduğu bilinən dörd maddəni sadaladıqdan sonra cütlüklərə yataq otaqlarında sıxıcı olmamağı tövsiyə edib.

"Sözcü" qəzetinin xəbərinə görə, sosial mediada yayımladığı videoda məşhur həkim bu beş maddəni sadaladıqdan sonra sözlərini belə davam etdirib: “Beş səbəb ehtirasınıza və ya cinsi məmnuniyyətinizə təsir edə biləcək çoxsaylı simptomlardan yalnız bir neçəsidir.”

Ackermanın paylaşımı izləyiciləri tərəfindən bəyənmə və şərhlərlə dəstəklənib. Bir çox istifadəçi həkimə səmimi paylaşımına görə təşəkkür edib və bəzi istifadəçilər də onun tövsiyələrini dəstəkləyib.

Bir izləyici “Yaşınızdan asılı olmayaraq yaxşı seks üçün sağlam həyat tərzi sürməlisiniz, bu da fast fooddan imtina etmək deməkdir”, digəri isə zarafatla “Cinsi həyatıma təsir edən ən vacib şeyin həyatımda heç kimin olmamasıdır” sözlərini yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu