Putin Belarusda nüvə silahı yerləşdirmək qərarında qətidir: iyulun 7-8-də...


Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi onlar üçün qurğuların hazırlanması iyulun 7-8-də başa çatdıqdan dərhal sonra başlayacaq.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Sizinlə razılaşdığımız ən həssas məsələlərdə hər şey plan üzrə gedir. Bilirsiniz, iyulun 7-8-də müvafiq obyektlərin hazırlanması başa çatacaq. Və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı fəaliyyətlərə başlayacağıq. Beləliklə, hər şey plan üzrədir, hər şey sabitdir. Ümumilikdə vəziyyət stabildir, hətta deyərdim ki, yaxşıdır. Biz bu sahədə inamla əməkdaşlıq edirik", - Rusiya prezidenti bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu