Lukaşenko: Ümid edirəm ki, Belarusda yerləşdirilən nüvə silahlarından istifadə etmək lazım olmayacaq


Belarus prezidenti Aleksandr Lukaşenko respublikada yerləşdirilmiş Rusiya nüvə silahlarını təcavüzkar təzahürlərdən çəkindirən amil adlandırıb və onların heç vaxt istifadə olunmayacağına ümid etdiyini bildirib.


"Nüvə silahı təhlükəsizlikdir. Allah eləməsin ki, bu silahdan istifadə etmək məcburiyyətində qalasınız. Mən hələ də ümid edirəm ki, bu baş verməyəcək", - deyə o, Brest vilayətinin Belovejski aqroşəhərinin sakinləri ilə görüşündə deyib.

"Mən xalqımın, xüsusən də mənim rəhbərliyim dövründə döyüşməsini istəmirəm. Bu dəhşətli bir şeydir. Nəticələr, dərslər çıxarırıq. Biz silahları çınqıldatmırıq, lakin hər an ölkəni müdafiə etməyə hazırlaşırıq", - deyə Belarusun dövlət başçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu