İsrail ilk dəfə Avropa ölkələrinə 200-dən çox tank satacaq

İsrail tarixdə ilk dəfə olaraq adı açıqlanmayan Avropa ölkələrinə 200-dən çox "Merkava" Mk2 və Mk3 tankı satacaq.
AFN.az-ın məlumatına görə, bu barədə "Ynet" ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir. Nəşr qeyd edir ki, Amerika istehsalı olan tank komponentlərinin yenidən satışı üçün ABŞ-ın razılığı gözlənilir.
Ukrayna mətbuatının yazdığına görə, tanklar Avropaya çatan kimi İsrailin neytrallığını pozmadan Ukraynaya təhvil verilə bilər.