Bayden Stoltenberqin Ukraynanın NATO-ya sadələşdirilmiş qəbul planını dəstəkləyib


ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqin münaqişə bitdikdən sonra Ukraynanın alyansa qəbulunu asanlaşdırmaq planını dəstəkləyib.


AFN.az xəbər verir ki, bu barədə The Washington Post mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Stoltenberq iyunun 13-də Ağ Evdə Ukraynanın NATO-ya daxil olmaq istiqamətində kifayət qədər irəliləyiş əldə etdiyini və digər Şərqi Avropa ölkələri kimi addım-addım üzvlük fəaliyyət planını tamamlamağa ehtiyac olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu