Britaniya Ukraynanın NATO-ya sadələşdirilmiş qəbulu ideyasını dəstəkləyir


Böyük Britaniya Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulunu asanlaşdırmaq niyyətindədir.


"İndependent" xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən konfransda nazir qeyd edib ki, London Kiyevin alyansa qoşulmaq üçün bütün mərhələlərdən keçməsi zərurətini aradan qaldırmaq qərarına çox müsbət reaksiya verəcək. "Ukraynalılar döyüş meydanındakı hərəkətləri ilə NATO tələblərinə uyğun olaraq silahlı qüvvələrində islahatlar aparmağa hazır olduqlarını nümayiş etdirdilər", - deyə diplomat vurğulayıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans iyul sammitində Ukrayna Silahlı Qüvvələrinin ölkəyə giriş üçün zəruri olan standartlara çatdırılması üçün çoxillik yardım paketi qəbul edəcək. Stoltenberqin sözlərinə görə, alyans üzvlərinin köməyi sayəsində Ukrayna ordusu köhnə sovet modelindən NATO standartlarına uyğun fəaliyyət göstərən müasir hərbi qüvvəyə keçidi həyata keçirə biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu