KİV: İspaniya NATO-nun hərbi istehsalı artırmaq planına blok qoydu
Müdafiə sənayesi ilə NATO üzvləri arasında iyunun 15-də keçirilən görüş, əsasən dəvət olunmayanların böyük əks reaksiyasına səbəb olub və bu, hərbi ittifaqın çox ehtiyac duyulan istehsal artımını dəstəkləmək istəyinə təhlükə yarada bilər.
AFN.az xəbər verir ki, bu barədə "Euroactiv" yazır.
NATO-nun müdafiə nazirləri ilk dəfə olaraq Qərbin 25 böyük müdafiə şirkətinin rəhbərləri ilə görüşərək onları sursat çatışmazlığı fonunda istehsalı artırmağa çağırıblar.
Hökumətlər müdafiə şirkətlərindən istehsalı artırmağı xahiş edir, şirkətlər isə yeni istehsal obyektlərinə, təchizat zəncirlərinə və kadrlara investisiya qoyuluşunu əsaslandırmaq üçün aydın uzunmüddətli siqnallar tələb edirlər.
Lakin cümə axşamı görüşə dəvət almayan şirkətlər və ölkələr öz narazılıqlarını bildiriblər.
"El Pais" xəbər verir ki, İspaniya müdafiə naziri Marqarita Robles heç bir ispan şirkətinin dəvət edilməməsinə etiraz olaraq, İspaniya şirkətlərinin dinləmələri məsələsinə baxılana qədər Müdafiə İstehsalı üzrə Fəaliyyət Planı üzərində işin başlanmasını təsdiqləməkdən imtina edib. İspan qəzetinin məlumatına görə, daha sonra Robles də görüşü boykot edib.
Seçimdə iştirak etməyən bir neçə sənaye nümayəndəsi "Euroactiv"ə bildirib ki, qonaq siyahısı ədalətli şəkildə tərtib olunmayıb.
Məsələn, "Airbus Defence", "Fransız Dassaul"t və "Safran", Amerika "Boeing", "Fransız MBDA", "Alman Diehl" kimi böyük şirkətlər və ya "Alman Hensoldt" kimi elektronika sənayesi və ya "Rheinmetall" tərəfindən satın alınan İspan sursat istehsalçısı "Expal" dəvətlilər siyahısında olmayıb.
Danışıqlar masasında yer almaq üçün lobbiçilik edən müxtəlif sənaye nümayəndələri "Euroactiv"ə bildiriblər ki, seçim meyarları tamamilə aydın deyildi.