“Kəpəz”dən ayrılan futbolçu sayı 9-a çatıb
Premyer Liqa klubu “Kəpəz”dən ayrılan futbolçu sayı 9-a çatıb.
“Report”un məlumatına görə, yarımmüdafiəçi Giorgi Kantariyanın da növbəti mövsümü Gəncə klubunda keçirməyəcəyi dəqiqləşib.
Bölgə təmsilçisi 26 yaşlı gürcüstanlı oyunçu ilə başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib. O, ötən mövsüm komandanın heyətində çempionatda keçirdiyi 31 oyunda 2 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Kəpəz” buna qədər yay fasiləsində Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli, Fərid Nəbiyev, Yusif Nəbiyev və Orxan Sadıqlı ilə yollarını ayırıb.