"Tarixdən əvvəlki növ" adlandırılan nadir köpəkbalığı tutuldu - FOTO


Tayvanda "tarixdən əvvəlki növ" kimi təsvir edilən nadir goblin köpəkbalığı balıqçıların toruna düşüb.


9News-un xəbərinə görə, Yilan şəhərinin şimal-şərq sahilində tutulan köpəkbalığının hamilə olduğu aydın olub.

Goblin köpəkbalığının 800 kiloqram ağırlığında olduğu qeydə alınıb.

Tayvan Okean İncəsənəti Muzeyinin rəsmiləri sərgiləyəcəkləri köpəkbalığının nadir olduğunu və bundan əvvəl iki dəfə Meksikada tutulduğunu bildiriblər.

Təxminən 1200 metr dərinlikdə yaşayan köpək balığının şəffaf dərisi, çəhrayı bədəni və iti dişləri var.

Bu növ insanlar üçün heç bir təhlükə yaratmır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu