Evində sincab saxlayan şəxs cərimələnib
Türkiyədə sincab ovladığı aşkarlanan şəxs cərimələnib.
Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyindən verilən açıqlamaya görə, hadisə Siirtdə baş verib. Qruplar mühafizə və mübarizə tədbirləri zamanı bir nəfərin təbiətdə 2 sincab tutaraq evində bəslədiyini müəyyən edib.
Tutulan sincablar reabilitasiya olunduqdan sonra təbii yaşayış yerlərinə buraxılıb.
Brakonyerliyi törədən şəxsə cərimə kəsilib.