Çindən Baydenin Si Cinpin haqda bəyanatına sərt CAVAB


Çinin Vaşinqtondakı səfirliyi ABŞ prezidenti Co Baydenin Çin prezidenti Si Cinpini diktator adlandıran sözlərinə sərt reaksiya verib.


AFN.az bu barədə CNN-ə istinadən xəbər verir. "Biz Amerika tərəfini mənfi nəticələri aradan qaldırmaq üçün dərhal ciddi addımlar atmağa və öz öhdəliklərinə əməl etməyə çağırırıq. Əks təqdirdə, o, bütün nəticələri öz üzərinə götürməli olacaq" - deyə Çin səfirliyinin bəyanatında ​​deyilir.

Bundan əlavə, bəyanatda Çin xalqı və hökumətinin öz liderinə qarşı siyasi təxribatları qəbul etməyəcəyi və qəti şəkildə cavab vermək niyyətində olduğu bildirilib.

İyunun 20-də Bayden, bu ilin əvvəlində Birləşmiş Ştatlarda uçan hava şarının vəziyyətini müzakirə edərkən, Si Cinpin haqqında "Bu, diktatorlar üçün nə baş verdiyini bilmədiyi zaman böyük utancdır" - deyə səslənmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu