Estoniya Rusiya vəsaitlərinin Ukraynaya köçürülməsi mexanizmini hazırlayıb


Estoniya hakimiyyəti dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsinə icazə verəcək hüquqi sxemi yekunlaşdırıb. Yaxın gələcəkdə plan hökumətin təsdiqini almalıdır.


Bu barədə Postimees yazıb.

Nəşr qeyd edib ki, Estoniya belə bir mexanizm hazırlayan ilk Avropa ölkəsi olub. Baş nazir Kay Kallasın sözlərinə görə, Tallin Aİ tərəfdaşlarına aktivlərin köçürülməsinin qanuni olaraq necə mümkün olduğunu nümayiş etdirə bilər.

Sxemdə nəzərdə tutulur ki, ilk növbədə Ukrayna dəymiş ziyanı sənədləşdirəcək, bundan sonra Estoniya ona müvafiq dəyərdə olan əmlakı təhvil verəcək.

Öz növbəsində respublikanın vitse-kansleri Erki Kodar beynəlxalq sanksiyalar haqqında qanuna dəyən ziyana görə Moskvanın maliyyə məsuliyyətini təmin etməyə imkan verəcək dəyişikliklərin hazırlığından danışıb. Onun kompensasiyasının Rusiya siyasi kursunun formalaşması ilə əlaqəsi sübuta yetirilən və ya onun həyata keçirilməsində bilavasitə əməyi olan şəxslərin hesabına ödənilməsi təklif edilir.

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reinsalu yanvarda Rusiya aktivlərinin Ukraynaya ötürülməsi mexanizmi üzərində işlərə başlandığını elan edib. Daha sonra o, Kiyevin 17 milyard avro dəyərində aktivlər ala biləcəyinə diqqət çəkib. Müxtəlif hesablamalara görə, döyüş əməliyyatları nəticəsində Ukraynaya dəymiş ziyan 400-700 milyard dollar qiymətləndirilir.

Bundan əvvəl Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair qanunun hazırlanması üzrə işlərə başlandığını elan edib. Onun sözlərinə görə, məsələ hüquqi baxımdan çox mürəkkəb görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu