Lukaşenko: "Rusiya dağılsa, hamımız dağıntılar altında qalacağıq və öləcəyik"


Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner”in Rusiya administrasiyasına qarşı üsyanı zamanı Belarus ordusunu müharibəyə hazır vəziyyətə gətirdiyini bildirərək qeyd edib ki, “Ən pisi odur ki, qarışıqlıq olsaydı, Qərb bundan istifadə edərdi. Məncə, Rusiya dağılsa, hamımız dağıntılar altında qalacağıq və öləcəyik”.


Belarus general rütbələrinin inauqurasiya mərasimindəki çıxışında Lukaşenko ötən həftə "Vaqner"in Rusiya administrasiyasına qarşı üsyan cəhdini dəyərləndirib.

Rusiyadakı hadisələrin “ağrılı” olduğunu bildirən Lukaşenko, “Bu, təkcə mənim üçün deyil, bir çox vətəndaşımız baş verənlərdən kədərlənir, çünki vətənimiz birdir” deyib.

Lukaşenko bu vəziyyətdə atdığı addımlar barədə məlumat verərək, "Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”, sözlərini işlədib.

Məsələnin həllində Belarusun rol oynadığını qeyd edən Lukaşenko, "Məndən, Putindən, Priqojindən qəhrəman düzəltməyə ehtiyac yoxdur. Çünki vəziyyətə nəzarəti əldən qaçırdıq və sonradan həll olunacağını düşündük, amma həll olunmadı. Nəticədə cəbhədə döyüşən iki nəfər bir-birinə qarşı çıxdı. “Bu məsələdə qəhrəman yoxdur”, deyə vurğulayıb.

NATO-nun Belarus sərhədlərində və bölgədə genişlənmə siyasəti yürütdüyünü bildirən Lukaşenko, sözlərini belə davam etdirib:

"Biz yeni qlobal münaqişə təhlükəsi ilə üz-üzəyik. Biz buna heç vaxt bu qədər yaxın olmamışıq. Onlar ölkəmizdə və bütün regionumuzda vəziyyəti yenidən pozmağa, nəyin bahasına olursa-olsun vəziyyəti sarsıtmağa, öz güclərini tətbiq etməyə çalışırlar. Bizim üzərimizdə öz qayda-qanunlarını, öz nizamını qurmaq istəyirlər. Bu nizamı nə ölkəmiz, nə də xalqımız qəbul etməyəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu