Ukrayna ehtiyatlarını açıqlayıb

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kiyev müasir NATO tankları və zirehli texnikası ilə ehtiyata malikdir, onlar hələ əks-hücum əməliyyatlarına cəlb olunmayıb.
O, bu barədə Financial Times-a danışıb.
Reznikovun sözlərinə görə, Ukraynanın ehtiyatları, o cümlədən son vaxtlar Qərb ölkələrində təlim keçmiş briqadaları, zirehli texnikası və NATO tankları var.
O vurğulayıb ki, bu ehtiyatlar hələlik əks-hücum əməliyyatına cəlb olunmayıb. Nazirin sözlərinə görə, onun əsas işi hələ qarşıdadır.