Litva iki NASAMS zenit-raket kompleksini Ukraynaya təhvil verəcək

Litva Ukrayna üçün iki NASAMS zenit-raket kompleksi (SAM) alıb.
Bu barədə iyunun 28-də respublika prezidenti Qitanas Nauseda məlumat verib.
"Bu, Ukraynada artıq istifadə olunan NASAMS sistemlərinin əməliyyat imkanlarını tamamlayacaq və genişləndirəcək", - Nauseda bu barədə Facebook-da yazıb.
Onun sözlərinə görə, buraxılış qurğuları yaxın vaxtlarda Ukraynaya çatdırılacaq.