İnstitusional istifadəçilərin əksəriyyəti kriptoaktivlərin uzunmüddətli perspektivlərini müsbət qiymətləndirir


"Binance Research" və "Binance VIP & Institutional" “Institutional Crypto Outlook Survey”ın apardığı sorğunun nəticələrini açıqlayıb. Nəticələrə əsasən, sorğuda iştirak etmiş “Binance VIP” və institusional istifadəçilərin 63,5%-nin növbəti 12 ay ərzində kriptovalyuta aktivlərinə müsbət yanaşdığı məlum olub. Respondentlərin böyük əksəriyyəti (88%) növbəti on il üçün kriptoaktivlərə müsbət münasibət bildirib.


Sorğu həmçinin göstərib ki, institusional istifadəçilər daha yüksək qiymət təkliflərinin deyil, daha çox real istifadə halları (26,9%) və təkmilləşdirilmiş tənzimləmə aydınlığının (25,3%) krivtovalyutaların tətbiqinə təkan verəcəyini hesab edirlər. Bu, institusional iştirakın uzunmüddətli xarakter daşıdığını və bu səbəbdən qısamüddətli bazar dövrlərinə daha az reaksiya verdiyini təsdiq edə bilər.

“208 VIP” və “Binance” institusional istifadəçiləri arasında qlobal sorğu 31 mart − 15 may 2023-cü il tarixlərində keçirilib. Sorğuda respondentlərin demoqrafik göstəriciləri, eləcə də onların kriptovalyutalara sərmayə yatırmaqla bağlı nəyə üstünlük vermələri, nəyi qəbul etmələri və motivləri araşdırılmışdır.

Hesabata əsasən məlum olub ki, ötən il ərzində bazarın inkişaf etməsinə baxmayaraq, investorların əksəriyyəti (47,1%) kriptovalyuta yerləşdirmələrini davam etdirib, onların üçdə birindən çoxu isə (35,6%) həmin dövr ərzində kriptovalyuta yerləşdirmələrini artırdığı halda, 17,3%-i azaldıb.

Həmçinin yerləşdirmədə gözlənilən dəyişikliklər də aydın olub. Belə ki, respondentlərin əksəriyyəti (50,0%) növbəti 12 ay ərzində yerləşdirmələrini artırmağı və ya saxlamağı düşünür (45,7%). İnvestorların yalnız 4,3%-i kriptovalyutalara təsirlərini azaltmağa ümid etdiklərini bildiriblər.

Hesabat bitkoinə daha müsbət münasibəti ortaya çıxarıb. Bitkoin və kriptovalyutalar haqqında təsəvvürlər son bir il ərzində çox dəyişməsə də (müvafiq olaraq 44,7% və 47,8%), respondentlərin əksəriyyəti daha geniş kriptovalyuta sektoru ilə müqayisədə bitkoinə olduqca müsbət yanaşır (33,2%-ə qarşı 47,3%). Eləcə də investorların 22,1%-i bütövlükdə kriptovalyutalara daha mənfi yanaşdığı halda, 4,8%-i bitkoinlə bağlı eyni fikirdədirlər.

İnvestorların 53,9%-i infrastrukturun onlar və ya fondları üçün daha vacib sektor olduğunu qeyd edib. Sonrakı cavablar Layer 1 və Layer 2 texnologiyaları olub (müvafiq olaraq 48,1% və 43,8%). Xüsusi sahələr haqqında suala gəlincə, investorların yarıdan bir qədər çoxu (51,0%) pul kisəsi innovasiyalarını vacib adlandırıb (məsələn, özünəxidmət ödənişləri, UX / UI təkmilləşdirmələri).

İnvestorların 42,8%- i yüksək investisiya gəlirləri əldə etmək imkanının kriptovalyutalara investisiya qoymaq baxımından daha əsaslı arqument olduğunu qeyd edib. İnvestorların 37,5%-i isə yeni texnologiyalara uzunmüddətli çıxış əldə etməyin əsas motivasiya olduğunu hesab edir.

Mərkəzləşdirilmiş birjalar institusional ticarət (90,5%) və depozit fəaliyyəti üçün ən populyar platforma olaraq qalır (58,2%). Ticarət platformasını seçərkən likvidlik (28,0 %), təhlükəsizlik (26,0%) və nüfuz (22,5%) ilk üç meyar olmuşdur.

“Təsisatlar, adətən, yeni bazara çıxarkən uzunmüddətli perspektivə yönəlir və apardığımız araşdırma göstərir ki, respondentlərin qiymətlərə deyil, tətbiqetmə amili kimi istifadə hallarına necə inandıqlarını nəzərə almaqla eyni şey kriptovalyutalara da aiddir. Bu nəticələr “Binance”da institusional hesabların sağlam artım tempinə uyğundur və bu temp 2021-ci ilin dördüncü rübündə öküz bazarının zirvəsindən bu yana 89% artmışdır. Məhsul təkliflərimizdə əldə edilmiş bilikləri tətbiq etmək məqsədilə hesabatı istifadəçilərimizlə ətraflı araşdıracağıq”, − deyə “Binance VIP” və “Institusional”ın rəhbəri Ketrin Çen bildirib.

Əlavə məlumat almaq üçün aşağıdakı keçidə daxil olun:

https://www.binance.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu