Kriptovalyutaların institusional qəbulu asanlaşacaq


Ən iri kriptovalyuta şirkətlərindən biri olan “Binance”ın rəhbəri Çanpen Çjao (CZ) şirkətin 6 illik fəaliyyəti haqda məlumat verib.


AFN.az xəbər verir ki, Çanpen Çjao mövzu ilə bağlı danışarkən bəzi maraqlı məqamlara toxunub. 2017-ci il sentyabrın 4-də Çin kriptovalyuta birjalarına və ilkin sikkə təkliflərinə qadağa qoyduğunu deyən "Binance" rəhbəri qeyd edib ki, rəhbərlik etdiyi komanda bəzi hesablamalar aparıb: "Məndən istifadəçilərimizə kompensasiya verilməsi barəsində soruşdular. Burada 6 milyon ABŞ dollarından söhbət gedirdi və bu, o dövr üçün çox böyük rəqəm idi - bizim büdcəmizin 40%-dən çoxu demək idi. Biz razılaşdıq. Bu, dünya kriptoicması tərəfindən son dərəcə müsbət qarşılandı. Bir ay sonra istifadəçilərimizin sayı 120 minə çatdı və biz qazanc əldə etməyə başladıq. Bu gün “Binance” 40-dan çox dildə 600-dən artıq tokeni dəstəkləyir və müştəri dəstəyi komandamızda minlərlə əməkdaş çalışır. “BNB Chain” indi desentralizasiya birjalarından tutmuş saxlama tətbiqlərinə qədər hər şeyi dəstəkləyir".

Hazırda “Binance.US”-nin 43 dövlətə pul göndərmək üçün lisenziyası (MTL) olduğunu deyən şirkət rəhbəri deyib ki, kriptovalyuta sahəsində istifadəçiləri qorumağa və innovasiyaları təşviq etməyə yönəlmiş qaydalar sənayenin uzunmüddətli uğurunda mühüm rol oynayır.

O, “TradFi”, “BlackRock”, “Citadel”, “Fidelity” kimi şirkətlərin bu bazara daxil olmasının kriptovalyutanın institusional qəbulunu asanlaşdıracağını deyib: “İnstitusional investorlar yüzlərlə trilyon dollarlıq səhm bazarının əksər hissəsinə sahib olduqlarından hətta kriptovalyutaya birrəqəmli konvertasiya faizi də mövcud kriptovalyuta bazarının ölçüsünü asanlıqla artıracaq. “DeFi” inkişaf etməyə davam edəcək. Yeni pul kisəsi texnologiyaları istifadəçilərin öz kriptoaktivlərini sərbəst saxlamalarını asanlaşdırır. Daha çox insan “DeFi” məhsullarından istifadə edəcək və blokçeynlərlə birbaşa qarşılıqlı əlaqədə olacaq. Bu həmçinin insanlara “TradFi” (və ya banklar) üçün bağlı olan yerlərə maliyyə çıxışı təklif edir. “DeFi”nin yaxın altı il ərzində “CeFi”dən daha böyük olacağına inanıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu