Taliban ŞƏT-də iştirak etmək niyyətindədir


Taliban Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçiriləcək növbəti sammitində iştirak etmək istədiklərini bildirib.


AFN.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Taliban bölgədə harmoniya və təhlükəsizliyə nail olmaq üçün belə görüşləri alqışladıqlarını bildirib.

Bəyanatda həmçinin deyilir ki, Kabil ŞƏT sammitinin müharibəsiz və narkotikdən azad Əfqanıstanın dəstəklənməsindən bəhs edən hissəsində yekun bəyannaməni dəstəkləyir.

Bundan əlavə, Əfqanıstan Xarici İşlər Nazirliyi ölkə əhalisinə humanitar yardımın göstərilməsinin davam etdirilməsi və qaçqınların geri qayıtmasının asanlaşdırılmasının zəruriliyi ilə razılaşıb.

Eyni zamanda, taliblər ŞƏT-ə üzv dövlətlərin Taliban hökumətinin inklüziv olmadığı barədə bəyanatları ilə razılaşmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu