BMT-dən taxıl müqaviləsinin vəziyyəti ilə bağlı şərh


İyunun 26-dan etibarən taxıl müqaviləsi çərçivəsində Qara dənizə yeni gəmilərin keçidi hələ də həyata keçirilmir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu haqda BMT baş katibinin ofisindən bildirilib. Baş katibin ofisinin nümayəndəsi bildirib ki, bir dənə də olsun yeni gəmi yoxdur.

Daha əvvəl Türkiyənin İtaliyadakı səfiri Ömər Gücük bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə taxıl müqaviləsinin uzadılması üçün işləyir. "Biz hər iki tərəflə işləyirik, görəcəyik ki, nəsə edə bilək. Bu məsələ hazırda müzakirə olunur", - deyə diplomat bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu