Hindistanın şimalında daşqın qurbanlarının sayı 40 nəfəri keçib


Hindistanın şimalında dörd gündür davam edən güclü yağışlar nəticəsində azı 41 nəfər ölüb.


AFN.az-ın məlumatına görə, bu barədə "The Times of India" xəbər verir.

Daha əvvəl 28 nəfərin öldüyü bildirilirdi. Hindistanın şimal-şərq bölgələrində güclü yağışlar iki amilin birləşməsindən yaranıb: musson yağışları və Aralıq dənizi regionundan nəmli hava kütlələrinin axını. Yağan leysan milli paytaxt Dehli rayonuna, Himaçal Pradeş, Uttarxand, Pəncab, Haryana, Racastan ştatlarına, Cammu və Kəşmirin birlik ərazisinə təsir edib.

Ən çətin vəziyyət Himalay dağlarının ətəklərində yaranıb ki, burada leysan yağışlar çoxsaylı sürüşmələrə səbəb olub, yerli çaylar öz sahillərindən çıxıb və bir çox yaşayış məntəqələrini su basıb. Şimal ştatlarının dağlıq bölgələrində yolların eroziya və su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə yüzlərlə turist dağlarda bağlanıb.

Çərşənbə axşamı Hindistanın paytaxtında Yamuna çayında suyun səviyyəsinin təhlükəli həddi keçəcəyi gözlənilir. Şəhər hakimiyyəti hesab edir ki, irimiqyaslı dağıntı təhlükəsi yoxdur, lakin Dehlinin meri Arvind Kejrival rəsmiləri sayıq olmağa və vəziyyəti diqqətlə izləməyə çağırıb. Paytaxtda bazar günü gündə 40 illik maksimum yağıntı qeydə alınıb - 153 mm.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu