Hindistanın şimalında güclü qar səbəbindən 470-dən çox yol bağlanıb


Son günlər güclü qar yağan Himaçal Pradeşdə azı 475 yol bağlanıb. Təbii fəlakətlərin qarşısının alınması üzrə Baş İdarədən bildiriblər ki, qarın yağması elektrik və su təchizatı şəbəkələrini də sıradan çıxarıb.



“Himaçal Pradeşdə 5 milli avtomobil yolu da daxil olmaqla 475 yol bağlanıb. Qar yağması səbəbindən 333 elektrik xəttinin və 57 su xəttinin də istismarı dayandırılıb”, - deyə məlumatda qeyd edilib.

Himalay dağlarının ətəklərində yerləşən ştatda qar örtüyünün dərinliyi 30 sm-dən 1,5 m-ə qədər olub. Ştatda ötən həftə güclü qar yağmağa başlayıb.

Meteoroloqlar onların davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu