Rusiyaya qarşı sanksiyaları dəstəkləyən serbiyalı nazir vəzifəsindən azad edilib


Serbiya parlamentində keçirilən etimad səsverməsində Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi lazım olduğunu müdafiə edən iqtisadiyyat naziri Rade Basta vəzifəsindən azad edilib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Serbiya parlamentində baş nazir Ana Brnabiçin təklifi ilə nazir Basta üçün etimad səsverməsi keçirilib. Səsvermədə 149 deputat Baştanın vəzifədən azad edilməsini dəstəkləyib, 45 deputat isə bitərəf qalıb.

Bildirilib ki, Basta dövlətin yürütdüyü siyasətə zidd açıqlamalar verdiyi əsaslarla vəzifəsindən uzaqlaşdırılıb.

Brnabiç Rusiyaya qarşı sanksiyaları müdafiə etdikdən və may ayında baş verən silahlı hücumlardan sonra müxalifətin "Serbiya zorakılığa qarşı" şüarı altında təşkil etdiyi hökumət əleyhinə etirazları dəstəklədikdən sonra Bastanın vəzifəsindən azad edilməsini təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu