Pentaqon minaların təmizlənməsində Ukraynaya yardım təklif edib


Pentaqon ABŞ-ın kaset sursatlarından minaların təmizlənməsində Ukraynaya kömək təklif edib.


Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O, ukraynalıların sursatlardan istifadə edəcəkləri ərazilərin uçotunu aparacağını və minalardan təmizlənməsinə üstünlük verəcəklərini bildirib. Ostin, lazımi şəraitlə təmin olunacaqları yerlərdə bu işdə onlara kömək edəcəklərini vurğulayıb.

Xatırladaq ki, ABŞ iyulun 7-də Kiyevə kaset sursatlarının təhvil verildiyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu