Aİ Ukraynaya kaset sursatlarının tədarükünə dəstək verib


Avropa İttifaqı Ukraynaya özünümüdafiə sursatlarının, xüsusən də ABŞ-ın göndərəcəyi kaset bombalarının tədarükünə dəstək verir.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nəbilə Məsrəli Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

"Bu, sursat tədarük edən ölkələrlə Ukrayna arasında sualdır. Amma ümumilikdə biz Ukraynaya özünümüdafiə üçün sursat verilməsinin tərəfdarıyıq", - deyə Məsrəli bildirib.

İyulun 7-də Ağ Ev kasetli sursatların Ukraynaya təhvil verildiyini elan edib. Eyni zamanda, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qeyd edib ki, Vaşinqton Ukraynada kasset mərmilərinin istifadəsinin mülki əhali üçün risklər daşıdığını etiraf edib.

Həmin gün ABŞ prezidenti Co Bayden kasetli sursatların adi mərmilərin tükənməsi səbəbindən Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi qərarının verildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu