ABŞ Ukraynaya dəstək məqsədilə 522 milyon dollarlıq iki müqavilə imzalayıb
ABŞ iki şirkətlə 522 milyon dollarlıq müqavilə imzalayıb.
AFN.az UNIAN-a istinadən xəbər verir ki, müqavilələrdə Ukrayna Silahlı Qüvvələri üçün artilleriya sursatlarının istehsalı nəzərdə tutulur. “Northrop Grumman Systems” və “Global Military Products” şirkətləri ilə imzalanan müqavilələrlə bağlı qərarı Ağ Ev Ukraynanın artilleriya mərmilərinin qısa zamanda tükənəcəyi ehtimalına əsaslanaraq verib.
Rəsmi Vaşinqton martda Ukraynaya yeni müqavilə ilə sursat çatdırmağı planlaşdırır. Sğzügedən müqavilələr də məhz Pentaqonun Ukraynanın təhlükəsizliyini qorumaq təşəbbüsü çərçivəsində imzalanıb.