Pentaqon Ukraynaya silah tədarükü üçün Mark Moraleslə 1 milyard dollarlıq müqavilə imzalayıb


ABŞ hakimiyyəti Ukraynaya silah tədarük edərkən bəzən az tanınan dilerlərə müraciət edir. Onlardan biri Pentaqonun 1 milyard dollarlıq müqavilə imzaladığı "Global Ordnance" şirkətinin sahibi Mark Moralesdir.


AFN.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır. Nəşr onu da yazır ki, Morales birbaşa olaraq da Ukraynaya silah satır, bu müqavilələrin məbləği 200 milyon dollar qiymətləndirilir.

Qəzetin mənbələri bildiriblər ki, ötən ay Kiyevdə Morales, ukraynalı hərbçilər və rəsmilərin iştirakı ilə görüş keçirilib. Onların arasında “Global Ordnance” şirkətində işləyən və silah satıcıları ilə alıcılar arasında oxşar görüşləri təşkil edən Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsinin baş serjantı Vladimir Koifman da olub. Bunu şirkətin hüquq müşaviri Van Brunt da təsdiqləyib. Nəşr həmçinin yazır ki, görüşdə Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovun keçmiş müşaviri, eyni zamanda "Global Ordnance"də çalışan Denis Vanaş da iştirak edib.

Moralesin şəbəkəsi ABŞ, Şərqi Avropa və Yaxın Şərqi əhatə edir. O, Ukraynaya Bolqarıstan, Misir, İordaniya və Pakistandan raket, mərmi, qumbaraatan və zirehli texnika göndərib. Qəzetin yazdığına görə, onun Pentaqonla xüsusi əlaqələri var, ona görə də o, daha çox mal, o cümlədən rəqiblərindən daha çox silah almağa imkan verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu