Putin: ABŞ və Avropanın kifayət qədər silah-sursatı yoxdur


Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropanın kifayət qədər silah-sursata malik olmadığını, ona görə Ukraynaya kasetli sursat təklif etdiklərini deyib.


AFN.az xəbər verir ki, Rusiya lideri yerli mediaya açıqlamasında televiziya proqramında ABŞ-ın Ukraynaya kaset bombası göndərmək qərarı ilə bağlı dəyərləndirmələr aparıb.

ABŞ rəhbərliyinin bir müddət əvvəl bu bombalardan istifadənin cinayət olduğu ilə bağlı qiymətləndirmə verdiyini xatırladan Putin, bu məsələyə məhz belə baxılması lazım olduğunu bildirib. "Onlar (ABŞ) bunu yaxşılıq üçün deyil, ümumiyyətlə, döyüş sursatları olmadığı üçün edirlər", - deyə Putin bildirib.

Ukrayna ordusunun gündə 5-6 min 155 millimetr civarında güllə xərclədiyini deyən Putin ABŞ-ın bir ayda 15 min güllə istehsal etdiyini qeyd edib. "Onların güllələri çatmır", - Putin deyib. "Avropada da yoxdur. Kasset sursatlarının istifadəsini tövsiyə etməkdən daha yaxşı heç nə tapmadılar" - deyə o qeyd edib.

Rusiyanın kifayət qədər müxtəlif tipli kaset bombası ehtiyatına malik olduğuna diqqət çəkən Putin, 2Biz bundan indiyə qədər istifadə etməmişik. Müəyyən müddətdə silah-sursatın olmaması məlum olsa da, bizim belə ehtiyacımız yox idi. Amma əleyhimizə istifadə edilərsə, əlbəttə ki, eyni şəkildə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu