Putin: "Avropanın ən böyük iqtisadiyyatına malikik"
Putin Rusiyanın uzaq şərqində yerləşən Xabarovsk şəhərində qatıldığı toplantıda iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.
Rusiya prezidenti Vladimir Putin ölkəsinə hər tərəfdən təzyiqlər olduğunu ifadə edərək, "Yenə də Avropanın ən böyük iqtisadiyyatıyıq. Almaniyanı geridə qoyub, dünyada beşinci sıraya yüksəldik. Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya. Biz Avropada birinciyik." vurğulayıb.
Rusiya Mərkəzi Bankının zamanla faiz dərəcəsini aşağı salacağına inandığını ifadə edən Putin, "Məncə Mərkəzi Bankın hazırkı faiz dərəcəsi müvəqqətidir və inflyasiya ilə bağlı məsələlər həll edildikdə bu dəyişəcək. Bankın addımı ümumiyyətlə inflyasiya ilə mübarizəyə yönəlib və düşünürəm ki, məqsədə nail olacağıq”. deyə qeyd edib.
Rusiyanın alıcılıq gücü pariteti baxımından bütün Avropanı geridə qoyduğunu bildirən Putin, adambaşına düşən milli gəlir hissəsində daha çox çalışmalı olduqlarını və görəcəkləri işlərin olduğunu bildirib.