Putin Rusiyadan kapital axınına nəzarətin artırılmasını tələb edib
Rusiya prezidenti Vladimir Putin son aylarda Rusiya maliyyə bazarlarında artan dalğalanmaların azaldılmalı olduğunu bəyan edib.
"Biz iqtisadiyyatda səmərəsiz və spekulyativ tələbi cilovlamaq, kapital axınına nəzarət etmək və iri bazar iştirakçılarının davranışlarını izləmək üzərində işləməliyik"- deyə o bildirib.
Rusiya prezidenti Moskvada Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edib.
Rusiya rublunun Rusiya ixracatındakı payının sürətlə artdığına diqqət çəkən Putin, "Xarici ticarətimizdə rubl və dost valyuta ilə daha çox ödəniş edilir. İxrac ödənişlərində rublun payı son 1,5 ildə 3 dəfədən çox artaraq 12 faizdən 42 faizə yüksəlib" - deyə qeyd edib.
Büdcə ilə bağlı vəziyyətin ümumilikdə stabilləşdiyini bildirən ölkə başçısı, "İkinci rübdə federal büdcə kəsiri birinci rüblə müqayisədə demək olar ki, 8 dəfə azalaraq 264 milyard rubl (təxminən 2,8 milyard dollar) təşkil edib. İyul-sentyabr aylarında büdcənin profisitinin olacağı gözlənilir" - deyib.
Dünya Bankının məlumatlarına görə, Rusiyanln 2022-ci ildə dünyanın 5 ən böyük iqtisadiyyatı arasında yer aldığını qeyd edən Putin, ölkəsinin alıcılıq qabiliyyəti pariteti və iqtisadi həcmdə Almaniyanı geridə qoyduğunu bildirib.
Rusiya hakimiyyətinin bu mövzuda lazımi addımları atması lazım olduğunu vurğulayan Putin, "hökumət və Rusiya Mərkəzi Bankı mövcud vasitələrdən daha aktiv istifadə etməli və obyektiv vəziyyəti nəzərə alaraq onları incələməlidir" deyib: "Biz iqtisadiyyatda səmərəsiz, spekulyativ tələbin qarşısını almaq, kapital axınına nəzarət etmək və əsas bazar iştirakçılarının davranışlarını izləmək üzərində işləməliyik".