Çin ABŞ-ı ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün konkret addım atmağa çağırıb


Çinin Vaşinqtondakı səfiri Xia Fınq ABŞ-ı ikitərəfli münasibətləri yenidən yoluna qaytarmaq üçün konkret addımlar atmağa çağırıb.


Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamaya görə, səfir Xia ilə ABŞ müdafiə nazirinin Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə müşaviri Eli Ratner arasında keçirilən görüşdə hərbi məsələlər və qarşılıqlı maraqlar ətrafında fikir mübadiləsi aparılıb.

Bəyanatda qeyd olunub ki, Vaşinqton dövlətlərarası və hərbi əlaqələri yenidən yoluna qoymaq üçün Tayvan məsələsi kimi mühüm məsələlərdə ehtiyatla hərəkət etməlidir.

Çin və ABŞ-ın ortaq maraqlarının güclü və sabit ikitərəfli əlaqələrdən ibarət olduğunu bildirən Xia, Vaşinqtonu dövlətlərarası və hərbi əlaqələrlə bağlı maneələri aradan qaldırmağa və fikir ayrılıqlarını konkret addımlarla idarə etməyə çağırıb.

ABŞ Müdafiə Nazirliyi hələlik görüşlə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu