Şarlerua hava limanında 60-a yaxın reys ləğv edildi


Bazar günü Belçikanın Şarlerua hava limanına və oradan geriyə təyin olunmuş 60-a yaxın reys aşağı büdcəli Ryanair aviaşirkətinin pilotlarının keçirdikləri tətil səbəbindən ləğv edilib.


Hava limanının saytında verilən məlumata görə, tətil Şarleruaya gələn 29 reysin və geriyə 29 reysin ləğvinə səbəb olub.

Belga xəbər agentliyi şənbə günü verdiyi məlumata görə, tətil ümumilikdə 120 reysə təsir edib.

Belçikanın ictimai yayımı RTBF, təxminən 8000 sərnişinin planlaşdırıldığı kimi Belçikanı tərk edə bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, pilotlar və aviaşirkət maaşların azaldılması və istirahət müddətləri ilə bağlı problemlərə görə fikir ayrılığına düşüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu