Tokioya güclü leysan yağdı


Soyuq atmosfer kütləsinin gəlməsi ilə əlaqədar Yaponiyanın paytaxtı Tokioda güclü leysan yağışı və şiddətli külək müşahidə edilib.


Tokioda gün ərzində havanın temperaturu kəskin şəkildə düşərək 33 dərəcə selsidən 28 dərəcəyə enib. Ölkənin meteorologiya qurumunun məlumatına görə, paytaxt rayonuna sutkada 60-100 mm yağıntı düşə bilər.

Həmçinin dolu yağacağı, çay və göllərdə suyun səviyyəsinin kəskin artacağı, tufan yağacağı ehtimalı var.

"Tokyo Electric Power"a görə, fırtınadan sonra Tokioda və qonşu İbaraki və Çiba prefekturalarında 10 mindən çox ev təsərrüfatında elektrik enerjisi kəsilib.

Pis hava şəraiti Haneda hava limanının işində fasilələr yaradıb. Uçuşlar baqajın doldurulmasında yaranan fasilələrə görə yubanır.

Bu arada Yaponiyanın cənub bölgələrinə güclü Kanun qasırğası yaxınlaşıb, buna görə artıq 500-dən çox uçuş ləğv edilib. Onun keçdiyi ərazidə küləyin sürəti 65 m/s-ə çata bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu