Maltada it teatrı açılıb


Maltada itlər üçün teatr yaradılıb və ilk dəfə heyvanlar üçün xüsusi tamaşa nümayiş etdirilib.


"Europulse" yazır ki, rejissorlar və aktyorlar iki it sahibi və onların ev heyvanları haqqında tamaşa hazırlayıblar.

Səhnə nümayişi zamanı itlər rahatlaşdırıcı səslərə - mehriban hürməyə, uşaqların söhbətlərinə, sakit zərb alətlərinə qulaq asıblar. Bütün bunlar heyvanlarda müsbət reaksiya verir və onları aqressiyaya sövq etmir.

Teatrın təşkilatçılığında da heyvanların rahatlığı üçün hər şey nəzərə alınıb. "Tamaşaçılar" salona aparılıb. Onların sahiblərinin yanında yemək, su və təmizlik çantası olub. Tamaşa zamanı teatrda təlimçilər və həkimlər növbətçilik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu