Ağ Ev Ukraynaya əlavə maliyyə tələbi üzərində işləyir


ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün əlavə maliyyə tələbi üzərində işləyir və ehtimal ki, layihə bu ilin payızına qədər Konqresdə baxılmağa hazır olacaq.


AFN.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ordu Təchizatı rəisi Duq Buş bildirib.

"Administrasiya bu payızda Konqresin müzakirəsi üçün bir paket üzərində işləyir" deyən Buş, təfərrüatların Maliyyə Nazirliyi tərəfindən müəyyən edilməli olduğunu əlavə edib.

"Ancaq düşünürəm ki, bizim çox güclü iddiamız olacaq və biz ümid edirik ki, maliyyələşməni davam etdirmək üçün Konqresin dəstəyini alacağıq, xüsusən də Ukraynaya dəstək üçün sursat istehsalını və sursat alışını artırmaq istiqamətində" - deyə o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu