Ekvadorda prezidentliyə namizədi öldürən şəxslərdən 6-sı həbs edilib, biri güllələnib


Ekvador polisi Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionun qətli ilə bağlı 6 Kolumbiya vətəndaşının həbs edildiyini açıqlayıb.


Prezidentliyə namizədə atəş açan daha bir kolumbiyalı Villavisensionun mühafizəçiləri tərəfindən güllələnib.

BBC-nin məlumatına görə, atışma zamanı bir konqres namizədi və iki polis məmuru da daxil olmaqla 9 nəfər yaralanıb.

Ekvadorun daxili işlər naziri Xuan Zapata qətlin ortaqlarının mütəşəkkil cinayətkar qruplar olduğunu desə də, bunların hansılar olduğunu açıqlamayıb.

Prezident Lasso da siyasətçinin qətlində mafiyanı günahlandırıb.

“Bu, siyasi sui-qəsddir və biz şübhə etmirik ki, bu sui-qəsd seçki prosesini pozmaq cəhdidir”.

Fövqəladə vəziyyətə baxmayaraq, Lasso 20 avqust seçkilərini ləğv etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu