Ekvadorda prezidentliyə namizədin öldürülməsindən sonra fövqəladə vəziyyət elan edilib
Ekvador prezidenti Gilermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsindən sonra bütün ölkədə fövqəladə vəziyyət elan edib.
AFN.az xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat verib.
O, xalqa müraciətində bildirib ki, vətəndaşların təhlükəsizliyini, ölkənin əmin-amanlığını təmin etmək, azad və demokratik seçkilərin keçirilməsi üçün Silahlı Qüvvələr bütün ölkə üzrə səfərbər olunub. Ölkədə 3 günlük milli matəm də elan edilib.
Ekvador rəhbəri seçkilərin əvvəlcədən planlaşdırıldığı kimi avqustun 20-də keçiriləcəyini təsdiqləyib.