Zelenski: Artıq 15 ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarını dəstəkləyib


Mən Şimali Makedoniyaya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin dəstəklənməsi ilə bağlı G7 bəyannaməsinə qoşulduğuna görə minnətdaram.


AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, artıq 15 ölkə bəyannaməyə qoşulub.

"Ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün göstərdiyi şəxsi səylərə görə Baş nazir Dimitar Kovaçevskiyə təşəkkür edirəm", - deyə Zelenski bildirib.

Qeyd edək ki, Şimali Makedoniya G7 liderlərinin Ukrayna qarşısında təhlükəsizlik öhdəlikləri bəyannaməsinə qoşulan on beşinci dövlət olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu